Azərbaycanın görkəmli şəxsiyyətləri, sənətkarları və ziyalılarının Piruz Dilənçi barədə söylədiyi fikirlər
Azərbaycanın tanınmış bəstəkarı Xalq Artisti Eldar Mansurov: Piruz Dilənçini hələ Tehranda yaşadığı vaxtlardan tanıyıram. İlk dəfə 1988-ci ildə xalq şairi Nəbi Xəzri onun "Gülüb getdi" adlı şerini mənə təqdim etdi. Böyük məmnuniyyətlə həmin şerə musiqi bəstələdim. Bu mahnı az bir zamanda Azərbaycan və Türkiyənin tanınmış müğənniləri tərəfindən ifa edildi.
Piruzun onlarla şerinə musiqi bəstələmişəm və onların əksəriyyəti xalq tərəfindən sevilməkdədir.
Piruz Dilənçinin şerləri təmiz, həzin və kədərli sevgidən danışır.