Azərbaycanın görkəmli şəxsiyyətləri, sənətkarları və ziyalılarının Piruz Dilənçi barədə söylədiyi fikirlər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli: Piruz Dilənçi həm Azərbaycanın bütövlüyünü təcəssüm etdirən bir ədəbiyyat nümayəndəsı və şair kimi tanınır, həm də Azərbaycanın bütövlüyü uğrunda çalışan bir mücadilə insanı kimi. Piruz bəyin son illərdəki fəaliyyəti hər zaman bu qoşa xətt üzrə inkişaf etmişdir.
Piruz Dilənçi Azərbaycanın çox tanınmış ziyalıları arasında və ümumiyyətlə cəmiyyətdə böyük bir nüfuza malikdir. Belə bir nüfuzu əldə etmək onun uğurlarından biridir...