|
|
|
|
|
|
Azərbaycanın görkəmli şəxsiyyətləri, sənətkarları və ziyalılarının Piruz Dilənçi barədə söylədiyi fikirlər
|
Nizami Cəfərov (Millət vəkili, Professor, ədəbiyyatşünas) :
Cənubi Azərbaycandan Şimali Azərbaycana Mühacirət etmiş ziyalı və şairlərin son nümayəndələrindən biri də Piruz Dilənçidir. Mən bir vaxt onunla bir yerdə işləmişəm. Çox qəribədir. O vaxtlar Piruz Şimali Azərbaycan xalqının fəryadını dünyaya çatdirmaq üçün dəfələrlə sərhədləri pozub, cənuba gedib, yenə də bütün təhlükələrə rəqmən bu taya qayıdırdı. O, yalnız ədəbiyyət aləmində deyil, həm də siyasət arenasında tanınır. Siyasət dünyasi mürəkkəb olduğundan, bu arenada şairlər problemsiz və dedi-qodusuz fəaliyyət göstərə bilməzlər! Bunun nümunəsi çoxdur. Onlardan biri də Piruz Dilənçi!
Mən, bir ədəbiyyatçı kimi Piruzun şerlərini oxuyub, bu qənaətə gəlmişəm ki, o hər iki Azərbaycanın şairidir. Piruzun şerlərində işlənmiş termin, lüğət və ifadələr elə seçilmişdir ki, bütün təbiilik və səlisliyi ilə bərabər, vətənimizin hər iki tərəfində eyni mənanı daşıyır. Bu onun yaradıcılığının ən üstün cəhətlərindən biridir.
Bakı 2001
Geri qayıt
|
|
|
|
|
|
|