Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Son görüş

  


O gecə bilsəydim son görüşündür,
Ömrümü sürərdim səhərə qədər,
Sənli anlarımı etməzdim hədər,
Bir daha qoymazdım açılsın səhər.

Hayıf ki, yenidən geriyə dönməz,
                                  Nə sənli o günlər,
                                  Nə dəqiqələr.


Kaş elə bir yuxu aparsın bizi,
Birlikdə qayıdaq həmin gecəyə,
Zaman da bizimlə geriyə dönsün...
Görüşək yuxuda,
                       Elə görüşək,
Ayrılıq atəşi qəlbimdə sönsün.


O ipək saçını bir də oxşayım,
Həyatda məhv olan bu varlığıma,
Elə bir ruh qaytar,
                   Qoy mən yaşayım.


O gecə bilmədim son gecəmizdir,
Bilsəydim,
              Öpərdim yanaqlarından,
Min qönçə dərərdim dodaqlarından,
Bilmədim,
                  çox hayıf o çağlarımdan.


Gəl gülüm,
                           Bir daha gəl dindir məni,
Matəmə batmışam,
                             Sevindir məni.
Sənsizlik oduna dözə bilmərəm,
Başına dolanım
                       Gəl söndür məni.


Danış!
                  Qoy eşidim sənin səsini,
Danış!
                  Qoy hiss edim xoş nəfəsini...


O gecə bilsəydim son görüşündür,
Ömrümü sürərdim səhərə qədər.
Nə sən söyləmədin,
                              Nə mən bilmədim.




Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir