|
|
|
Basdırdım eşqini bir məzarda mən |
|
|
|
Bir roman, bir əsər yaşadıq gülüm,
Nə həzin bir qədər yaşadıq gülüm,
Sonunda biz kədər yaşadıq gülüm,
Romanı yazan mən, pozan sən oldun,
Hayıf ki, sonunu yazan sən oldun.
Bir ömür yaşadıq çəndə, dumanda,
İlişib qalmadıq qarda, buranda,
Buraxıb əlimi çətin zamanda,
Yolunu itirib, azan sən oldun,
Hayıf ki, sonunu yazan sən oldun.
İlişib saçına, qaldım dardam mən,
Bu qərib ölkədə, yad diyarda mən,
Basdırdım eşqini bir məzarda mən,
O soyuq məzarı qazan sən oldun,
Hayıf ki, sonunu yazan sən oldun.
20 Noyabr 2024 - Richmond Hill, Ontario, Canada
Geri qayıt
|
|
|
|
|
|
|