Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Burax get!

  

Bu şəhərə sənə görə gəlmişdim,
Sən yoxsansa, bu şəhər bir qəfəsdir.
Bu şəhərə sənə görə gəlmişdim,
Sənsiz hər şey burda hava, həvəsdir.

Gedişi var, dönüşü yox bu yolun,
Yoxuşu var, enişi yox bu yolun,
Bələdçisi, tanışı yox bu yolun,
Özünü çox yorma, sonun əbəsdir.

Keçən günlər bir xatirə olubsa,
Arzuların, ümidlərin ölübsə,
Bu dünyada tək bir şeyin qalıbsa,
O da quru, duyğusuz bir nəfəsdir.

Dost-tanışdan sorma məni, burax get,
Bir ruh kimi sarma məni, burax get,
Bundan artıq yorma məni, burax get,
Tələs bir az, sən özünü tələsdir...



27 Noyabr 2024 - Richmond Hill, Ontario, Canada





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir