|
|
|
DƏLİ QIZ! |
|
|
|
Bu da bir şerdir, Nigarla bir zarafat!
Alıb əldə çaldı bir tar dəli qız,
Üz verib, vermədi astar dəli qız.
Öncə cənnət qapısın açdı mənə,
Bu yaşımda eylədi xar dəli qız.
Özü məstan, bizi də məst elədi,
Qoymadı məndə qala ar, dəli qız.
Neçə aşiqləri həsrətdə qalıb,
Mənə də olmayacaq yar dəli qız.
Çox güvənmə əlvan gözünə, bir gün
Yağacaq saçlarına qar, dəli qız.
Sən dəli, mən dəli sevdalısıyam,
Nə səni yor, nə məni yor dəli qız.
Mən özüm çox da ağıllı deyiləm,
Əskidən bilənlərə sor, dəli qız.
Tir-e müjgan ilə vurdun sinəmə,
Gəl sağalmaz yaramı sar dəli qız.
Sən dəli, mən də dəli, hər kəs dəli,
Var ağıllı biri heç, var, dəli qız?!
19 Yanvar 2025 - Richmond Hill, Ontario, Canada
Geri qayıt
|
|
|
|
|
|
|