|
|
|
Getmə Nigarım! (Əruz vəznində qəzəl) |
|
|
|
Getmə, getsən ölərəm, getmə Nigarım, getmə!
Getmə, getsən solacaq bağ o, baharım, getmə!
Məni bu atəşe həsrətdə qoyub, tərk etsən,
Aləmi yandıracaq ah ilə zarım, getmə!
Dərdim ol, dərmanım ol, ruhum ol, sən canım ol,
Pade zəhrim, ən şirin dərdim, azarım, getmə!
Çıxacaq varsa bədəndə can əgər hicrində,
Yanacaq atəşe həsrətdə məzarım, getmə!
İstəsən mürtəd olub, vaz keçərəm dinimdəm,
Gələrəm dininə mən, Musəvi yarım, getmə!
Bu nə məntiq, bu nə tür qüdrəte xəllaqiyyət?
Tanrının şah əsəri, ey şahikarım, getmə!
Sənə yalvarmağa hətta qalır aciz şerim,
Yazılıb-yazılmayan şer o şüarım, getmə!
15 Yanvar 2025 - Richmond Hill, Ontario, Canada
Geri qayıt
|
|
|
|
|
|
|