|
|
|
Unut məni |
|
|
|
Çıx get məndən uzaqlara,
Çıx get, çıx get, unut məni.
Küləklərə, sazaqlara,
Tapşır, yıx get, unut məni.
Uduzduğum şahmatıma,
Ölümümə, vəfatıma,
Dağıtdığın həyatıma,
Gəl bir bax get, unut məni.
Keçmişimdən, izlərimdən,
Şerimdəki sözlərimdən,
Göz yaşı ol, gözlərimdən,
Ax get, ax get, unut məni.
Günahlarınla qol-qola,
Ağır yüklə çıxdın yola,
Gəl burda bir atəş qala,
Yandır, yaget, unut məni.
Xatirələrlə baş-başa,
Qəmlə, kədərlə baş-başa,
Qəza-qədərlə baş-başa,
Sən burax get, unut məni.
11 Oktyabr 2024 - Richmond Hill, Ontario, Canada
Geri qayıt
|
|
|
|
|
|
|