Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Yazığım da gəlmir yazıq halına

  

Kim bilir yaxında, uzaqlardasan,
Hansı bir köşədə, bucaqlardasan,
Ayaqlar altında, ayaqlardasan,
Yazığım da gəlmir yazıq halına.

Aldadıb özünü, xoşbəxt sanırsan,
Özün də gerçəyi bilib, danırsan,
Günahlar oduna düşüb, yanırsan,
Yazığım da gəlmir yazıq halına.

Dağıdıb isti bir ocağı getdin,
Bəlkə də bilmədən, gör nələr etdin,
Gözlərdən düşüb bir girdaba batdın,
Yazığım da gəlmir yazıq halına.

İndi çıx get, gedə bildiyin qədər,
Get gözdən it, itə bildiyin qədər,
Girdabda boğul bat, bata bildiyin qədər,
Yazığım da gəlmir yazıq halına.




10 Noyabr 2024 - Richmond Hill, Ontario, Canada





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir