Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Yıxıntı üştünə dünya qurulmaz

  

Buz olub əridin, su olub axdın,
Od olub alışdın, yandırıb yaxdın,
Özünə bir dünya qurmaqdan ötrü,
Sən mənim dünyamı başıma yıxdın.

Getdikcə batırsan dərin günaha,
Dəyməz bu naləyə, dəyməz bu aha,
Bu hıyat geriyə dönməz bir daha,
Sən mənim dünyamı başıma yıxdın.

Qurdunmu fikrində olan dünyanı?
Qurdunmu o ruhsuz, yalan dünyanı?
Görürəm ruhunda solan dünyanı,
Sən mənim dünyamı başıma yıxdın.

Hər şeyi tərk edib getdin o gecə,
Yox olub, sən öldün, itdin o gecə,
Özünü çox ucuz satdın o gecə,
Sən mənim dünyamı başıma yıxdın.

Nə günlər yaşadıq, nə günlər gördük,
Biz nələr əkib də, nələri dərdik,
Bu eşqi ayaqlar altına sərdik,
Sən mənim dünyamı başıma yıxdın.

Bulanıq olmadan, sular durulmaz,
Sanma ki, haqsızdan hesab sorulmaz,
Yıxıntı üştünə dünya qurulmaz,
Sən mənim dünyamı başıma yıxdın.





12 October 2024 - North York, Ontario, Canada





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir