|
|
|
Yuxudan yarımçıq oyandınmı heç? |
|
|
|
Şəhərdə itirəm özümdə sənsiz,
Mənimlə dolaşır ruhun bədənsiz,
Bərabər gəzdiyin yollarda mənsiz,
Gəzərkən, düşünüb, dayandınmı heç?
Yuxudan yarımçıq oyandınmı heç?
Götürüb başını getdiyin zaman,
Gedib də gözlərdən itdiyin zaman,
Unudub hər şeyi, yatdığın zaman,
Özün öz yuxundan usandınmı heç?
Yuxudan yarımçıq oyandınmı heç?
Gecələr sübhədək ay işığında,
Saxlayıb min sözü dil-dodağında,
Axşamlar şam olub, öz otağında,
Ağlayıb mum kimi sən yandınmı heç?
Yuxudan yarımçıq oyandınmı heç?
Qoparıb canımdan bir can apardın,
Əlində silinməz al qan apardın,
Bir dünya haqsızlıq, üsyan apardın,
Mən yandım ürəkdən, sən yandınmı heç?
Yuxudan yarımçıq oyandınmı heç?
15 Noyabr 2024 - Richmond Hill, Ontario, Canada
Geri qayıt
|
|
|
|
|
|
|