|
|
|
Zindandan yoldaşıma məktub |
|
|
|
(Zindanda sigaret kağızına yazıb, gizili yollarla həyat yoldaşıma göndərdiyim məktublardan biri)
Yəqin düşünürsən ki, necə gün sürürəm mən,
Qəlbim darıxır, məhv oluram, can verirəm mən,
Mənası nədir dustağın, indi bilirəm mən,
Bir gün bitəcəkdir bu fəlakət də əzizim,
Aşkar olacaq əsli həqiqət də əzizim.
Kimsə anasın yadə salıb, ağlayır hər dəm,
Kimsə üzə vurmur, ürəyin dağlayır hər dəm,
Kimsə əl açır, Allaha bel bağlayır hər dəm,
Bir gün bitəcəkdir bu fəlakət də əzizim,
Aşkar olacaq əsli həqiqət də əzizim.
Məhbusları Allah da unutmuş elə bil ki,
Xoş günlərinin dostu da atmış elə bil ki,
Bəzilərini dost özü satməş elə bil ki,
Bir gün bitəcəkdir bu fəlakət də əzizim,
Aşkar olacaq əsli həqiqət də əzizim.
Dekabr 2002
Şüvəlan, 3 saylı İstintaq Təcridxanası, 70 sayli kamera
Geri qayıt
|
|
|
|
|
|
|