Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Anama


Neçə illərin ayrılığından sonra, anam 15 günlük viza ilə Bakıya gəldi. Altı ay bizimlə yaşadı. Bu bizim son görüşümüz imiş...


Gedişin evimi yıxacaq mənim,
Getməyə hazırlıq görmə, əzizim.
Sənsizlik qəlbimi sıxacaq mənim,
Getməyə hazırlıq görmə, əzizim.

Hələ getməmisən yerin görünür,
Şəhriyar arxanca baxır, sürünür,
Evimiz dumana, çənə bürünür,
Getməyə hazırlıq görmə, əzizim.

Son vüsal gecəmiz çatıbdır bizim,
Könlümüz min dərdə batıbdır bizim,
Onsuz da bəxtimiz yatıbdır bizim,
Getməyə hazırlıq görmə, əzizim.

Bakıda olmağın düz altı aydı,
Kaş bu son gecəmiz sonsuz olaydı,
Ölürəm, amandı, haydı, haraydı!
Getməyə hazırlıq görmə, əzizim.

Sərhəddən keçəndə geriyə baxma,
Könlümün yıxılmış evini yıxma,
Məndən olsa əgər, heç yola çıxma!
Getməyə hazırlıq görmə, əzizim.

Ayrılıq yamandı, gəl ayrılmayaq,
Gözünün yaşını sil, ayrılmayaq,
Nə olar bir daha gül, ayrılmayaq,
Getməyə hazırlıq görmə, əzizim.

Gecələr qorxuram, gəl saxla məni,
Boyumu oxşayıb, qucaqla məni,
Mən hələ uşağam, sən saxla məni,
Getməyə hazırlıq görmə, əzizim.






Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir