Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Arabalar

Görkəmli fars şairi Əhməd Şamludan tərcümə:

("Başqa ölülər" Mərsiyəsindən bir parça)


Cahanın o başından elə bir arabalar gəliblər ki,
Bizim zamanın qulaqlarını dolduran dəmirlərin hay-küyü onlarda yoxdur.

Zamanın o başından elə bir arabalar gəliblər ki!

--------------------------

Aclar yerlərindən qalxmadılar,
Axı arabaların yükündən isti çörəyin qoxusu qalxmırdı!

Ayaqyalınlar yerlərindən qalxmadılar,
Axı arabaların yükündən geyimlərin xışıltı səsi gəlmirdi!

Məhbuslar yerlərindən qalxmadılar,
Axı arabaların yükü nə dar ağacı idi, nə də azadlıq!

Ölülər də yerlərindən qalxmadılar,
Axı araba sürücülərinin məlakələr olduğuna da ümid yox idi!

--------------------------

Cahanın o başından elə bir arabalar gəliblər ki,
Bizim zamanın qulaqlarını dolduran dəmirlərin hay-küyü onlarda yoxdur.

Özləri ilə heç bir ümid gətirmədən-
Zamanın o başından elə bir arabalar gəliblər ki...






Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
استفاده از تصاوير و مطالب اين وبسايت کاملاً آزاد است