|
|
|
Axı səndən necə doyum?! |
|
|
|
Həm yaxşısan, həm mehriban,
Bal süzülür dodağından,
Atam-anam sənə qurban,
Axı səndən necə doyum?
Can-can deyən dilin vardır,
Zərif, incə belin vardır,
Sənin qara telin vardır,
Axı səndən necə doyum?
Özüm doysam, doymur gözüm,
Sənsən mənim şerim, sözüm,
Sənə qurban olum özüm,
Axı səndən necə doyum?
Baxışında itirəm mən,
Nəyim varsa, atıram mən,
Xəyalınla yatıram mən,
Axı səndən necə doyum?
Ey şerimə ilham verən,
Mənə qismət olmasan sən,
Ölüb əldən gedərəm mən,
Axı səndən necə doyum?
Sən döyünən ürəyimsən,
Mənim gülüm, çiçəyimsən,
Ən müqəddəs diləyimsən,
Axı səndən necə doyum?
Geri qayıt
|
|
|
|
|
|
|