Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Başqa yolum qalmayıb ki...

  

Bu gedişlə
Sənsizliyə öyrənməkdən
Başqa yolum qalmayıb ki!
Gözüm qara gözlərinin həsrətində,
Könlüm şirin sözlərinin həsrətində,
Bu həsrətin,
Bu hicranın axırını kim bilir ki?

Bir saat da olsun belə,
Səni yalnız buraxmaram,
               -deyə, bir gün söz vermişdim.
Amma, indi o sözlər də boşa çıxdı!
Gör haçandır səni yalnız buraxmışam...

Sənsiz keçən bu günlərin
Ağrısını, acısını
Sətirlərə köçürməyə qələmim də aciz qalır.

Məktubların gəlməyəndə,
               Ümidlərim boşa çıxır,
               Ümidlərim daşa çıxır.
Məktubların gələndə də,
               Yazdıqların sıxır məni,
               Yazdıqların yixir məni...

Bu gedişlə
               Sənsizliyə öyrənməkdən
               Başqa yolum qalmayıb ki...



2003 Bakı "Şüvəlan" həbsxanası





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir