|
|
|
Bəs hardasan?! |
|
|
|
Görüş yerimiz durur,
Hayıf ki, sənsiz durur,
Bir kölgə, bir iz durur,
Bəs hardasan sevgilim?!
Gözlərimdə intizar,
Ürəyimdə min bahar,
Gəlməyinə ümid var,
Bəs hardasan sevgilim?!
Sənsiz qala bilmərəm,
Bir an deyib-gülmərəm,
Mənim olsan ölmərəm,
Bəs hardasan sevgilim?!
Sinəmdə bir ürək var,
Ürəkdə min dilək var,
Sənsiz orda külək var,
Bəs hardasan sevgilim?!
Min mənalı baxışlar,
Səndən qalıb yadigar,
Könlüm səni arzular,
Bəs hardasan sevgilim?!
Geri qayıt
|
|
|
|
|
|
|