Bir aydan sonra biz görüşəcəyik,
Get, sənə yaxşı yol!
-Söylədin mənə.
Çağırıb otaqda bağrına basdın,
Əzizim bilirsən neylədin mənə?
Öpüşün qızdırdı yanaqlarımı,
İstisi indi də yandırır məni.
Unuda bilmirəm o çağlarımı,
Xatirən hər zaman dindirir məni.
Ayrıldıq zülm ilə, ayrıldıq o gün,
Sandım ki, dünyamı məndən aldılar,
Sənsizlik oduna dözə bilmirəm,
Bəs niyə məni bu oda saldılar?
Dediyin o bir ay mənim fikrimdə-
Yüz günə, yüz aya, yüz ilə döndü.
Bir ayın içində bu yazıq könlüm,
Min dəfə alışdı, min dəfə söndü.