Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Darıxma!

  

Haçansa qayıdıb gələcəyəm mən,
Bir daha danışıb-güləcəyəm mən,
Gözünün yaşını siləcəyəm mən,
Həsrətlə ağlama, həsrətlə baxma,
Sevgilim darıxma, gülüm darıxma!

Gözlərim dolubdur, dindirmə məni,
Nisgilli sözlərlə yandırma məni,
Qürurum sınmayıb, sındırma məni,
Onsuz da yıxılmış evimi yıxma,
Sevgilim darıxma, gülüm darıxma!

Bu dünya yamandır, çox qorxuludur,
Yaxşılıq bir zərrə, pislik doludur,
Sonuncu yolumuz ölüm yoludur,
Amandır, sən mənsiz bu yola çıxma,
Sevgilim darıxma, gülüm darıxma!

Uzaqda olsam da, yanındayam mən,
Fikrində, ruhunda, canındayam mən,
Lap sənin qəlbində, qanındayam mən,
Özünü ələ al, qəlbini sıxma,
Sevgilim darıxma, gülüm darıxma!





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir