Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Gecələr

  

Heç zaman kimsədən ummadığın söz,
Ömründə üz-üzə görmədiyin göz,
Həyatda vəslinə yetmədiyin qız,
Vaxt olur yuxuna gəlir gecələr.

Ən qərib insanın bir kəsi vardı,
Hər toyun ardınca bir yası vardı,
Hər şeyin bir sirri, bir pası vardı,
İnsan min xəyala dalır gecələr.

Ümidsiz, çarəsiz qalan analar,
Kədərdən gül üzü solan analar,
Övladı qürbətdə olan analar,
Vay-deyib, saçını yolur gecələr.

Hər axşam günəşin az ömrü bitir,
Elə bil tanrı da göz yumur, yatır,
Şairin harayı göylərə çatır,
Sankı arzular da ölür gecələr.





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Copyright © 2002 piruzdilenchi.com - All rights reserved.