|
|
|
İlham qaynağı |
|
|
|
Dərin bir sükutda göyə baxıram,
Ulduzlar sayrışır bu axşam yenə.
Eşqimin qaranlıq gecələrində,
O bəlkə sevgimdir göz vurur mənə.
Yer üzün axtarıb tapammadığım,
Elə bil göyləri dolanır indi.
Bir ömür susuban dinməyən gözəl,
Bu axşam dil açdı, danışdı, dindi.
Göylərdə tapdığım ilham qaynağı,
Bir qızdır sayrışan ulduzlar içrə.
Bilmirəm insandır, yoxsa mələkdir,
Bəlkə də ulduzdur, o qızlar içrə.
Amandır, səhərə nə qalır görün?
Axı o süzəcək səhər çağında.
Ey zaman, dolanma, səhər açılsa,
Gözlərim qalacaq yar sorağında.
Dünyada diləklər bir vaxt olur ki,
Rəngini dəyişir, bilmirəm nədən.
Hər gecə səhəri gözləyirdimsə,
İndicə gecəni izləyirəm mən.
Geri qayıt
|
|
|
|
|
|
|