|
|
|
Kainat dünyası |
|
|
|
Ey şirin yuxuma gələn pərilər!
Məni də aparın mavi göylərə,
Gəzdirin xəyalı dünyalarımı,
Göstərin bir-bə-bir kainatı da...
Məni də aparın sevdiyim yerə!
Ürəyim od tutub, alışıb, yanır,
Yapışın əlimdən
Ölürəm daha!
Bilirəm gözəldir sizin dünyanız,
Ağıla sığmayır gözəllikdə o,
Yuxuda görmüşəm neçə yüz dəfə,
Gəzmişəm bağını, dağ-dərəsini...
Məni de aparın mavi göylərə,
Məni də aparın sevdiyim yerə...
Geri qayıt
|
|
|
|
|
|
|