|
|
|
Kaş bir az dünyaya sən tez gələydin... |
|
|
|
Ya mən bu dünyaya çox tez gəlmişəm,
Ya səni taleyin gecikdiribdir.
Vaxtında dünyaya gəlsəydik əgər,
Nə sən gənc yaşını yandırmaz idin,
Nə mən qeyrətimə sığınmaz idim.
Vaxtında dünyaya gəlmədik hayıf!
İllərin fərqini mənasız bilək,
Taleyin yazdığı yazını silək,
Yenidən doğulub həyata gələk,
Qoy bitsin bu acı, bitsin bu kədər.
Alnımda yazılan son qismətimsən,
Röyada gördüyüm məhəbbətimsən,
Vaxtından gecikmiş səadətimsən,
Kaş bir az dünyaya sən tez gələydin.
Bu yaşın fərqini ürək nə bilir?
Sevilmək nə bilir? Sevmək nə bilir?
Səni gec yaradan fələk nə bilir?
Kaş bir az dünyaya sən tez gələydin.
Geri qayıt
|
|
|
|
|
|
|