|
|
|
Mən nəyəm?! |
|
|
|
Qan rəngi hər zaman yanağımdadır,
Köyşəndə kök salan qızıl laləyəm.
İşıqlı ay mənim qucağımdadır,
Hərdən bir görsənən tozlu haləyəm.
Hər yeri söyləsən, gəzib gəlmişəm,
Min dürlü həsrətə dözüb gəlmişəm,
Sellərdən ayrılıb, süzüb gəlmişəm,
Dağları seyr edən bir şəlaləyəm.
İlk səhər istəsən, el bağındayam,
Bağdakı güllərin yarpağındayam,
Gecələr yetimlər yanağındayam,
şəbnəməm, şehəm mən, inci jaləyəm.
Bağçada güləndə ətirli güllər,
Bir şadlıq məclisi quranda ellər,
Vüsal mahnısını çalanda tellər,
Xalqımın əlində mən piyaləyəm.
Dinləyin ey başı dumanlı dağlar!
Bir qərib şairəm, gözüm qan ağlar,
Aşıqlar əldə saz ağladan çağlar,
Ney kimi sızlayan həzin naləyəm!
Geri qayıt
|
|
|
|
|
|
|