Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Müşavirə


1998-ci il Bakının "Respublika Sarayı"-nda Azərbaycan prezidentinin iştirakı ilə Qarabağ və qaçqınların probleminə həsr olunmuş müşavirə keçirilmişdir.


"Respublika Sarayı",
Alqışların harayı...
Böyük-böyük adamlar,
Peyğəmbərlər, imamlar,
Nazirlər, deputatlar,
Dəvələr, fillər, atlar...
Əlvan işıqlar yanır,
Müşavirə başlanır!

Dayılı, dayısızlar,
Hayalı, hayasızlar,
Aktyorlar, ulduzlar,
Mini yubkalı qızlar...
Müşavirə başlanır,
Vallah, adam utanır!

"Respublika Sarayı",
Alqışların harayı...
Müftəxorlar dəstəsi,
Yaltaqlığın xəstəsi,
"Qarabağ şikəstəsi"!
Müşavirə başlanır,
Vallah, adam utanır!

Əlvan işıqlar yanır,
Müşavirə başlanır:
Qarabağ darda deyil,
Qarabağ qumardadı!
Qarabağ satışdadı!
Qarabağ uduşdadı!

Müşavirə bitməyib.
Məruzələr başlanır:
-Xaricdən yardım gəlir,
Tükmənistan qarpızı,
Türk konfeti, Türk duzu,
Neçə-neçə Rus qızı,
Bir az Iran saqqızı...
Müşavirə bitməyib!

Xaricdən yardım gəlir,
Qaçqının üzü gülür!
Torpağı satılanın,
Yardım nəyinə gərək?!
Yardımlar da satışda,
Yardımlar da uduşda...

Xaricdən yardım gəlir,
Qaçqının üzü gülür.
Qaçqının üzü gülmür!
Yardım nəyinə gərək?!
-Öz evinə dönəcək!
Bunu qaçqın söyləmir,
Bunu allahlar deyir,
Vəzirlər, şahlar deyir!

"Bu dərə, dərin dərə,
Suları sərin dərə"...

Bu nağıl, uzun nağıl,
Qüssəli, həzin nağıl...

Ümid nə yaxşı şeydi:
Qarabağ qayıdacaq!

"Respublika sarayı",
Alqışların harayı...
Əlvan işıqlar yanır,
Müşavirə başlanır,
Vallah, adam utanır!





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir