|
|
|
Öpürəm səni |
|
|
|
Ayrıldıq,
Dinmədən , görüşmədən biz,
Bəs niyə bağrına basmadın məni?
Bir ovuc göz yaşı qismətim oldu,
Əlvida sevgilim,
Öpürəm səni...
Gizlətmə!
Görürəm gözlərin dolub,
Bu axşam üzünə yağış yağacaq.
Arxamca su səpmə,
Göz yaşı bəsdir,
Həsrətin evimi bir gün yıxacaq.
Sanma ki, uzaqdan görmürəm səni,
Hər gecə baxıram pencərənizdən.
Darıxma!
İstəsən görəsən məni,
Göyə bax!
Sayrışan o ulduzam mən!
Geri qayıt
|
|
|
|
|
|
|