Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Bir gün peşman olacaqsan

  

Sən haçansa sınacaqsan,
Od olsan da, sönəcəksən,
Bir gün geri dönəcəksən,
Onda da çox gec olacaq.

Zülüm-zülüm ağlayarsan,
Öz qəlbini dağlayarsan,
Mənə ümid bağlayarsan,
Onda da çox gec olacaq.

Yoluma göz dikəcəksən,
Hsrətimi çəkəcəksən,
Göz yaşını tökəcəksən,
Onda da çox gec olacaq.

Mənsiz günün qaralacaq,
Bağın-bağçan saralacaq,
Dünya sənə daralacaq,
Onda da çox gec olacaq.

Sən də yalnız qalacaqsan,
Bir gün peşman olacaqsan,
Məni yada salacaqsan,
Onda da çox gec olacaq.





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Copyright © 2002 piruzdilenchi.com - All rights reserved.