|
|
|
Qəlbimdə yatdın |
|
|
|
Mən sənə dünyanı ərməğan dedim,
Sən məni aldatdın, məni aldatdın.
Mən sənə can dedim, sənə can dedim,
Sən məni yadların sözünə satdın.
Sən gəldin, uçuşdu çənli günlərim,
Ayrıldın, məhv oldu şənli günlərim,
Yuxuya bənzədi sənli günlərim,
Günəş tək parlayıb, ay kimi batdın.
Səninlə gül açıb, sənlə solanı,
Hicrində gözləri yaşla dolanı,
Ömründə bir dəfə aşiq olanı,
Bəs niyə unutdun, bəs niyə atdın?
Xatirən buluddur, mən isə dağam,
Nə qədər diriyəm, nə qədər sağam,
Həmişə səninlə yaşayacağam,
Sən eşqi, sevdanı qanıma qatdın.
Eşq adlı qumarda udsan da məni,
Bu fani dünyaya satsan da məni,
Sən bu gün unudub atsan da məni,
Əbədi eşq olub qəlbimdə yatdın.
Geri qayıt
|
|
|
|
|
|
|