Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Qızlara zarafat

  

Bu qızların gözünə bax,
Yalan-yalan sözünə bax,
Oğlanları yoldan edən,-
Hayasına, üzünə bax!

Bu qızların qoluna bax,
Sağına bax, soluna bax,
Aman, allah göstərməsin,
Tutduqları yoluna bax!

Bu qızların başına bax,
Bəzəyinə, yaşına bax,
Anasına lağl; edənin,-
Bişirdiyi aşına bax!

Bu qızların telinə bax,
İncə-incə belinə bax,
Danışmaqla qan eyləyən,-
Sözlərinə, dilinə bax!

Bu qızların işinə bax,
Ağzındakı dişinə bax,
Cavanların həyatına,-
Atdıqları daşına bax!

Bu qızların əlinə bax,
Qurduqları felinə bax,
Yüz yaşı var, yazıq hələ,-
İndi deyir: gəlinə bax!





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir