|
|
|
Rəhman Əsədullahiyə |
|
|
|
"Piruz Dilənçini ona görə çox sevirəm ki, taleyimiz eynidir. İkimiz də Cənubi Azərbaycanın Ərdəbil şəhərindənik. İkimiz də Tehranda anadan olmuşuq. Yaş fərqimiz olsa da, hər ikimiz eyni ildə mühacirət etmişik. İkimiz
də Azərbaycan üçün çalışırıq. Ikimiz də sənətkarıq. O şairdir, mən musiqiçi. Əslində ikimiz də məğlub bir millətin
nümayəndəsiyik! Hər şeyi inkar edilmiş 30 milyonluq bir xalqın nümayəndələri!"
Rəhman Əsədullahi
Biz məğlub bir millətin
Didərgin övladıyıq.
Taleyimiz eynidir:
Beş-altı yaşa qədər
Nağıllara bənzəyən
Uşaqlıq səadəti!
10-15 yaşa qədər
Anadan olduğumuz
Məmləkətin dilinə
Vətəndaşlıq nifrəti!,
"Torke xər" həqarəti!
Sonra ömürlük dustaq,
Ya da edam, asılmaq!
Bəzən də baş götürüb
Könüllü sürgün olmaq!
Məğlüb millətimizin
Sən taleyinə bir bax!
Ərdəbildə yas oldu,
Sənin ananın yası,
Mənim anamın yası.
Nə sən gedə bilmədin,
Nə mən gedə bilmədim.
Ağla, Rəhmanım, ağla,
Ürəyim, canım ağla!
Anadan yetim idik,
Vətəndən yetim olduq!
Yetim segahını çal!
çal qarmonu, çal Rəhman!
çalan əlinə qurban.
Kaş qayıda biləydik,
Ərdəbilə, Təbrizə...
Kaş otura biləydik,
Doğmalarla üz-üzə...
Qismətə bax ilahi,
Taleyə bax ilahi!
Görən bu qanundurmu-
Yoxsa bizim bəxtimiz?!
Qanun budursa Rəhman,
Belə qanuna nifrət!
Belə qanuna lənət!
Geri qayıt
|
|
|
|
|
|
|