|
|
|
Səmərəli olmalıyıq |
|
|
|
Uşaqlıqda çox sevdiyim əlvan gül,
İndi bizim bağçamızda bitibdir.
Amma hayıf zaman gəlib keçən tək,
Xoş günlərim köçüb gedib, itibdir.
Bir qaydadır, hər nə əksən bitəcək,
Biz bağçada toxum əkdik, gül verdi.
Bu qaydanı təbiətdən pozdular,
Əkdiyimiz əlvan gülü yad dərdi.
Necə bağda dürlü-dürlü gül bitər,
Dünyada da hər cür insan tapılar.
Yay musəmi qızıl günəş od saçar,
Qışda isə göydən yağar yağış, qar.
Biz də gərək çalışaq ki, qar təkin,
Daim olaq alnı açıq, üzü ağ.
Ya da gün tək işıq saçaq dünyaya,
İstimizdən faydalansın barlı tağ.
Geri qayıt
|
|
|
|
|
|
|