|
|
|
Sənsiz küçələr |
|
|
|
Səninlə gəzdiyim küçələrdəyəm,
Hayıf ki, küçələr sənsiz qalıbdır.
Sənli günlərimdir yaşadır məni,
Sənsizlik mənimçün bir dərd olubdur.
Yatıram yuxuma gəlirsən mənim,
Dururam canımı alırsan mənim,
Yaxşı ki, dərdimi bilirsən mənim,
Sevdiyim güllər də sənsiz solubdur.
Gözlərim yol çəkir, gözləyir səni,
Hər gecə, hər gündüz izləyir səni,
Sevdalı bu könlum səsləyir səni,
Görürsən, qəlbim də dilə gəlibdir.
Xəstənəm, xəstəni salma nəzərdən,
Nə olar rəhm elə, gəl bizə hərdən,
Həyat da sevinər bu şən xəbərdən,
Gizlətmə, sirrini dünya bilibdir.
Səninlə gəzdiyim küçələr susub,
Ağaclar, yarpaqlar, çiçəklər küsüb,
Sənsizlik tufanı ruhumda əsib,
Göylərin gözü də sənsiz dolubdur.
Geri qayıt
|
|
|
|
|
|
|