Ülvi Bünyadzadənin timsalında 20 Yanvar şəhidlərinin əbədi xatirəsinə
Siz göylərə uçdunuz,
Haqq qapısın açdınız,
Yurda işıq saçdınız,
Şəhidlər, ey şəhidlər.
Kainatda gəzirsiz,
Ulduzlarla süzürsüz,
Qiyamətə dözürsüz,
Şəhidlər, ey şəhidlər.
Gül açmamış soldunuz,
Dünyaya dərs oldunuz,
Can verəndə güldünüz,
Şəhidlər, ey şəhidlər.
Yaralarız gül açdı,
Ruhunuz göyə uçdu,
Günəş tək yerə saçdı,
Şəhidlər, ey şəhidlər.
Paltarız oldu kəfən,
Dönmədiz əhdinizdən,
Göyə ucaldı vətən,
Şəhidlər, ey şəhidlər.
Dünyanı dar bildiniz,
Bu həyata güldünüz,
Siz əbədi oldunuz,
Şəhidlər, ey şəhidlər.
Qana boyandı vətən,
Dərdə qalandı vətən,
Sizinlə yandı vətən,
Şəhidlər, ey şəhidlər.
Həyat mənasız idi,
Ömrünüz çox az idi,
Ölüm sizə tez idi,
Şəhidlər, ey şəhidlər.
Ölməyibsiz, sağsınız,
Gül açmamış bağsınız,
Başı uca dağsınız,
Şəhidlər, ey şəhidlər.
Ömür yanvara gəldi,
Köksünüz yara gəldi,
Toyunuz qara gəldi,
Şəhidlər, ey şəhidlər.