Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Telefon tellərində

  



Bəs haçan gəlirsən?
                               -söylədin mənə,
O axşam telefon tellərində sən.
Sandım ki, atəşin bir öpüş yenə,
Tellərin dalından göndərəcəksən!

Sözlərinə qulaq asmaq istədim,
Ürəyim heç aman vermədi mənə.
Mən səni bağrıma basmaq istədim,
Hayıf ki, əllərim çatmadı sənə!

Gəlməyə can atdım...
                                gələ bilmədim!
Axı yollarımız çox uzaq idi.
Neyləyim?
                    sənsiz da qala bilmədim
Xəyalın canımı alacaq idi...







Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir