|
|
|
Ümid |
|
|
|
Könüldə sabaha eşqim olmasa,
Bu gecə səhərə çıxa bilmərəm.
Boz bulud tutulub göydə dolmasa,
Mən yerdə şimşək tək çaxa bilmərəm.
Həyata ümidli gözlə baxmasam,
Gələcək eşqilə yola çıxmasam,
Qarşımda yüksələn dağı yıxmasam,
Çaylardan dənizə axa bilmərəm.
Tikanı biçməyə oraq olmasam,
Əlimə-obama dayaq olmasam,
İşıqlı, nurlu bir çıraq olmasam,
Qaranlıq dünyanı yıxa bilmərəm.
Ey könül, azadlıq mahnısı oxu!
Yorulma, gözünə gəlməsın yuxu!
Zərrəcə sarsılsan, zəhərli oxu-
Düşmənin köksünə taxa bilmərəm.
Geri qayıt
|
|
|
|
|
|
|