|
|
|
Yuxuma gəlmişdin |
|
|
|
Yuxuma gəlmişdin,
Dünən yenə sevgilim,
Gözlərin yaşlıydı,
Üzün qəmli, kədərli.
Bir payız ahəngi
çalırdı külək.
Ruhumu canımdan
Alırdı külək.
Yenə sənsiz gecələr...
Xəyalın, mən və heç.
Qaranlıq gecə bitmir,
Bu soyuq gecə bitmir.
Yuxuma gəlmişdin,
Yenə səssiz, səmirsiz,
Nə bir söz söylədin,
Nə də dindin, danışdın...
Həyatda vəslinə,
çatmadım sənin,
Yuxuda əlimdən-
Tutaydın barı.
Geri qayıt
|
|
|
|
|
|
|