Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Çıx get, çıxa bilirsən

  

Həyatımdan çıxsan, nə fərq edər ki?
Ürəyimdən çıx get, çıxa bilirsən...
Varlığımı yıxsan, nə fərq edər ki?
Taleyimi yıx get, yıxa bilirsən.

Bir yolcunu yoldan etmək rahatdır,
Yoxa çıxıb, gizli itmək rahatdır,
səs-səmirsiz qoyub getmək rahatdır,
Gəl əlimi sıx get, sıxa bilirsən.

Gedirsənsə, məhv et tara ömrümü,
Öncə öldür mənim yara ömrümü,
Dar ağacı qur, çək dara ömrümü,
Sonra gəl bir bax get, baxa bilirsən.

Zaman sənin hisslərini dondurub,
Bilməm, bəlkə yəminini sındırıb,
İndi birdən ürəyimi yandırıb,
Atəş gətir, yax get, yaxa bilirsən.

Gedirsənsə, öldür məni, vur mərni,
Rəngi solmuş yuxularda gör məni,
Daşsız məzar görsən, orda sor məni,
Ulduzum ol, ax get, axa bilirsən.

Yenə axır qərar sənin dilində...
İşdir, əgər son görüşə gələndə,
Bir ox gətir, xəncər gətir əlində,
Ürəyimə tax get, taxa bilirsən.




Kanada 2015





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir