|
|
Piruz Dilənçinin pasportdakı adı Əli, soydı İsmayılfiruz,
atasının adı isə Baratəlidir. 16 may 1965-ci
ildə Tehranda azərbaycanlı ailəsində anadan olmuş,
təhsilini də orada almışdır. İxtisasca inşaat
mühəndisidir. 14 yaşı olarkən ilk kitabı
Tehranda fars dilində böyük tirajla nəşr edilmişdir.
Doğulduğu şəhərdə yaşadığı
illər müddətində 7 kitabı fars və
Azərbaycan dillərində işıq üzü görmüşdür.
İranın "Keyhan" və
"Ettelaat" kimi dünya səviyyəli mətbuat orqanlarında onlarla
elmi, ədəbi, ictimai və siyasi məqalələri
dərc edilmişdir. 17 yaşında ümumiran
gəncləri arasında keçirilən ədəbi yarışda
birinci yeri tutmaqla İranın nümunəvi
gənciadına layiq görünmüşdür. Bir neçə
il «Varlıq»
jurnalı ilə əməkdaşlıq etmişdir.
Əvvəllər sol təmayüllü siyasi təşkilatların
tərkibində, sonralar isə milli azadlıq uğrunda
apardığı siyasi mübarizələr
nəticəsində dəfələrlə totalitar molla
rejimi tərəfindən həbs edilərək ağır
işgəncələrə məruz qalmışdır.
Təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün
1990-cı il yanvar ayında Sovet Azərbaycanına
pənah gətirmişdir.
O vaxtkı Sovet Azərbaycanında yaşamasına
icazə verilməsə də, Anar, Nəriman
Həsənzadə, Məmməd Araz və Nəbi
Xəzri kimi görkəmli ziyalıların rəsmi və
yazılı ərizə, müraciət və
zəmanətlərini nəzərə alan KQB (DTK),
nəhayət ki, 1991-ci ildə onu
"vətəndaşlığı olmayan şəxs" kimi Azərbaycanda qeydiyyata almışdır.
1991-ci ilin sonlarında «Ədəbiyyat
və incəsənət» qəzetində "Ədəbi Təbriz"
adlı şöbə yaratmış və bir il müddətində
hər nömrədə bir səhifəni nəmin ad altında
oxuculara təqdim etmişdir. Daha sonralar Piruz Dilənçinin
əmək və təşəbbüsü ilə
Azərbaycan
Dövlət Televiziyasında «Araz-Cənub
ədəbiyyatı toplusu»
və «Şəhriyar-Cənub
ədəbiyyatı toplusu»
adlı silsilə proqramlar dörd il tamam ekrana çıxarılmışdır.
Piruz Dilənçi yüzə yaxın sevilən mahnı sözlərinin
də müəllifidir.
O, ədəbi yaradıcılığı ilə
bərabər milli-siyasi hərəkatda da fəaal iştirak
etmişdir. Bünövrəsi 1991-ci ildə qoyulmuş
CAMAH-ın
əsas banilərindən biri olaraq, 1999-cu ilə
qədər həmin təşkilata rəhbərlik etmişdir.
1999-cu ildə Təbrizdə milli hərəkatın dalğaları
genişləndikdən sonra P.Dilənçi CAMAH
Mərkəzi Komitə rəhbərinin birinci müavini, eyni
zamanda Bakı Komitəsini sədri təyin edilmişdir.
Bu gün də həmin müqəddəs vəzifəni
yerinə yetirməkdədir.
Piruz Dilənçi 2000-ci ildə 3.000 yaxın imza
toplayaraq, Azərbaycan Respubliksı Milli Məclicinin
növbəti seçkilərində iştirak etmək məqsədi ilə
namzədliyini irəli cürdü. Lazimi sənədlərin
təqdimindən sonra, onun namzədliyi rəsmiyyətlə
qeydə alındı. Əslində qanuni baxımdan
P.Dilənçinin qarşısında heç bir problem qalmamışdı.
Lakin seçkilərdən bir neçə gün öncə seçkilərə
hakim olan mafiozların təsiri altında, Mərkızi
Seçki Kommisiyası ədalətsiz və qərəzli qərarla
əsassız bəhanələrə istinad edərək P.Dilənçinin
qeydiyyata alınmış namzədliyini ləğv etdi.
5 dekabr 2002-ci il tarixdə P.Dilənçi bir qrup
naməlum şəxs tərəfindən yaşadığı mənzilin
qarşısından oğyrlanmışdır. 21 gün məxfi
saxlanıldıqdan sonra, mətbuatın təzyiqi
nəticəsində, nəhayət ki, Daxili İşlər Nazirinin
mətbyat katibi məcbur olaraq Piruz Dilənçinin həbsi
ilə bağlı açıqlama vermişdir. P. Dilənçi bir həftə
yeraltı və soyuq kamerada ağır fiziki və ruhi
işkəncə altında saxlanıldıqdan sonra, Şüvəlanda
yerləşən təcridxanaya göndərilmişdir. 38 gün
həbsdə saxlanıldıqdan sonra, səbəbsiz tutuluğu
kimi, səbəbsiz də ev dustağı şəraitində
nəzarətdə saxlanılmaq şərti ilə azadlığa
buraxıldı. Üç aydan sonra isə ev dustaqlığından
da azad edildi.
Soy ağacı
Piruz Dilənçi (Əli İsmayılfiruz)
Baratəli (P.Dilənçinin atası)
Rza (P.Dilənçinin babası)
İsmayıl Ərdəbili
Kürd Əhməd
Molla Məhəmməd
Şah Hüseyn
|