|
|
|
Sən nəyi itirib, nə axtarırsan?! |
|
|
|
Bircə söz deməyə cəsarətin yox,
Sözü düz deməyə cəsarətin yox,
Hələ döz, deməyə cəsarətin yox,
Sən nəyi itirib, nə axtarırsan?!
Sevgidən məst olub, uyduq bu yolda,
Hər şeydən əl üzüb, doyduq bu yolda,
Bütün ömrümüzü qoyduq bu yolda,
Sən nəyi itirib, nə axtarırsan?!
Bxışımız yalan, gözümüz yalan,
Keçmişimiz yalan, izimiz yalan,
Lap başdan ayağa özümüz yalan,
Sən nəyi itirib, nə axtarırsan?!
Qarışıb harama, tikəmiz itib,
Əslimiz itibdir, kökümüz itib,
Gəmimiz qərğ olub, yükümüz itib,
Sən nəyi itirib, nə axtarırsan?!
Az qala adamı yeyirlər bugün,
Ağıza gələni deyirlər bugün,
Allahın özün də söyürlər bugün,
Sən nəyi itirib, nə axtarırsan?!
İyin 2001 - Bakı
Geri qayıt
|
|
|
|
|
|
|