Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Ömrümüz! (Əruz vəznində)

  

Bir zaman saldı bütün dünyayə tufan ömrümüz,
İndi solmuş gül kimi olmuş pərişan ömrümüz.

Kainatı mat edən, dünyanı məftun eyləyən,
Heyrətə dalmış özü, qalmışdı heyran ömrümüz.

Toprağa, cansız həyatə can verib, canlandırıb,
Ruhu yüksəlmişsə də, olmuş quru can ömrümüz.

Hər yerə addım qoyub, abad edib viranəni,
İndi ya rəb, gör necə olmuşdu viran ömrümüz.

Fani dünuadən ötüb, kam almadı vaxtinda heç,
Bu səbəbdən haqqı vardir, etsə üsyan ömrümüz.

Könlünün var-dövləti ovcunda, çıxdı meydana,
Tərsinə fırlandı dünya, oldu meydan ömrümüz.

Keçdi günlər yel kimi, sən qafil oldun ey könül,
Çıxdı əldən xoş günün, məhv oldu dövran, ömrümüz!




Bakı 2002





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir