|
|
|
Yaxşı ki, bir daha görməyəcəkdir
|
|
|
|
Bir gecə dostumun xanımı dedi bir saat içərisində elə bir şer yaza bilərsiniz ki, bu sözləri hamısı orada işlənilsin?
"Həsrət, Nifrət, Sevgi, Yaz, Payız, Dalğa, Duyğu, Sahil, Nəğmə, Xəyanət, Həyat".
Səhv etmirəmsə, 5-6 əqiqə sonra şer hazır oldu.
Həyatın bu payız gecələrində,
Dalğalar sahilə aparır məni.
Bəlkə də bir daha görməyəcəyəm,
O yaz günlərində sənin üzünü.
Sevgimiz yuxuya bənzədi bizim,
Duyğudan yarandı, nəğməyə döndü.
İndi o günlərin həsrətindyik,
Ruhumuz yaşayır xatirələrlə...
Yaxşı ki, bir daha görməyəcəkdir,
Nə sənin gözlərin xəyanətimi,
Nə mənim gözlərim o nifrətni...
2001 Bakı
Geri qayıt
|
|
|
|
|
|
|