|
|
|
QURUMSAQ KİMİ! |
|
|
|
Qəribə cahanda yaşayırıq biz,
Qəribə məkanda yaşayırıq biz,
Yaland, palanda yaşayırıq biz,
Bilmirəm bəs niyə belədi Allah.
Hamı qaş-qabaqlı, üzlər gülməyir,
Kimsənin dərdini kimsə bilməyir,
Heç kimin əlindən düz iş gəlməyir,
Bilmirəm bəs niyə belədi Allah.
Bu dünya axsayır bir çolaq kimi,
Dost dostu aldadır fırıldaq kimi,
Çoxları yaşayır qurumsaq kimi,
Bilmirəm bəs niyə belədi Allah.
Qeyrəti, namusu pula satırlar,
Yaxşını yamana, pisə qatırlar,
Hər şeyə göz yumub, rahat yatırlar,
Bilmirəm bəs niyə belədi Allah.
Bu həyat dolaşıq düyün kimidi,
Yaşamaq uydurma oyun kimidi,
İnsanlar az qala qoyun kimidi,
Bilmirəm bəs niyə belədi Allah.
Qardaşın qardaşa ürəyi yanmır,
Namərdin ocağı, çırağı sönmür,
Belə pis dünyanın dirəyi sınmır,
Bilmirəm bəs niyə belədi Allah.
Mən düzəm deyənin sözü yalandı,
Əyrisi yalandı, düzü yalandı,
Bugünkü insanın özü yalandı,
Bilmirəm bəs niyə belədi Allah.
Bakı 1993
Geri qayıt
|
|
|
|
|
|
|